image-2000x150px
image-123
image-ads_atlas
image-126073122_1675377655973345_8778262743650650290_nbackend

Şuşada DOST Mərkəzi açılacaq – Sahil Babayev

image-728x90px

“Yaxın vaxtlarda Abşeronda növbəti DOST Mərkəzi açılacaq, Quba, Sabirabad, Gəncə, Sumqayıtda da artıq bu istiqamətdə iş gedir. Ümumilikdə 16 regional mərkəzin yaradılması planlaşdırılır”.

Doğru.az xəbər verir ki, bunu martın 30-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Bakının Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən 4 saylı DOST Mərkəzinin açılışında nazir Sahil Babayev bildirib.

“Əlbəttə, bu sahədə önəmli prioritetlərdən biri də işğaldan azad olunmuş ərazilərimizlə bağlıdır. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq artıq Şuşada DOST Mərkəzinin yaradılması ilə bağlı işlərə başlanılıb”, – Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev əlavə edib.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki