Macarıstanın xarici işlər naziri Peter Szijjarto bildirib ki, Budapeştin Ukraynaya hərbi yardım göstərmək öhdəliyi yoxdur.
Siyasətçinin sözlərinə görə, Macarıstan hələ də Ukraynada davam edən silahlı münaqişədən kənarda qalmaq niyyətindədir.
“Ukrayna özü üçün mübarizə aparır. Ukrayna bizim üçün vuruşmur, heç kim bizə hücum etməyib, ona görə də bizim heç bir hüquqi və mənəvi öhdəliklərimiz yoxdur”, – Szijarto deyib.
Bundan əlavə, Szijarto Ukraynanı Aİ-yə buraxmamağa çağırıb.
Həmçinin, onun fikrincə, Ukrayna Rusiya ilə münaqişəyə görə NATO üçün təhlükəlidir.
DOĞRU.AZ