image-2000x150px
image-123
image-ads_atlas
image-40933_fzdeerqpe8backend

Taleh Qaraşovu öldürmək istəyiblər

image-728x90px

Xəbər verdiyimiz kimi, Azərbaycanda terror aktları planlaşdıran şəxs həbs olunub.

Doğru.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, DTX-nin yaydığı informasiyaya əsasən, müəyyən edilib ki, Bəhruz Əskərov respublikanın müxtəlif rayonlarında yaşayan şəxsləri gizli əlaqəyə cəlb edərək, onlara onlara Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısının həyatına sui-qəsdin təşkil olunması barədə tapşırıqlar verib.

Həmçinin Bəhruz Əskərovun əlaqəsində olan şəxslərə Azərbaycanın bəzi rayonlarında fərdi qaydada ingilis dili müəllimi kimi fəaliyyət göstərən xarici ölkə vətəndaşına qarşı sui-qəsd həyata keçirməyi tapşırması da təsbit edilib.

Lakin DTX tərəfindən görülən tədbirlər nəticəsində bu cinayət əməllərini həyata keçirə bilməyib.

Qeyd edək ki, Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı 2012-ci ildən Taleh Qaraşovdur.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki