“Taliban” hərəkatının nümayəndə heyəti Kazanda Əfqanıstan üzrə “Moskva formatı” danışıqlarına gəlib.
Nümayəndə heyətinə müvəqqəti hökumətdə xarici işlər naziri vəzifəsini icra edən Əmir Xan Müttəqi rəhbərlik edir.
Görüşdə Əfqanıstandakı mövcud vəziyyət, əfqandaxili barışıq və ölkənin yenidən qurulması məsələlərinin müzakirə olunacağı gözlənilir.
Əfqanıstan münaqişəsinin həlli üzrə “Moskva formatı”nın ilk iclası 2017-ci ilin aprelində keçirilib. Tədbirdə Rusiya Federasiyası və Əfqanıstanın nümayəndələri ilə yanaşı, digər doqquz ölkənin xarici işlər nazirlərinin müavinləri və xüsusi nümayəndələri də iştirak ediblər.
“Moskva formatı”nın əsas məqsədi Əfqanıstanda milli barışıq və sülh prosesini təşviq etməkdir.
Mənbə: RİA Novosti