image-ads_n1karobka_mobile
image-69df121b02e8bd0f9774e81cbackend

Tatarıstan şəhərlərində dron təhlükəsi elan edildi

Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsi Tatarıstan Respublikası ərazisində bir neçə şəhərə qarşı dron hücumu təhlükəsinin elan olunduğunu bildirib. Xəbərdarlıq Çistopol, Nijnekamsk, Naberejnıe Çelnı, Yelabuqa və Almetyevsk sakinlərinə şamil edilib.

Doğru.az xəbər verir ki, yayılan mesajda sakinlərə sığınacaqlara (zirzəmi və dayanacaqlara) getmək, pəncərələrdən uzaq durmaq və ehtiyatlı olmaq tövsiyə olunub.

Bundan əvvəl Vladimir Saldo Ukrayna Silahlı Qüvvələrinin hücumu nəticəsində Xerson vilayəti ərazisində iki mülki şəxsin öldüyünü, üç nəfərin isə yaralandığını açıqlamışdı.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki