Sosial şəbəkələrdə sürətlə yayılan görüntülər izləyiciləri təşvişə salıb.
Doğru.az xəbər verir ki, videoda nəzarətsiz qalan uşaq arabasının pilləkənlərə doğru hərəkət etdiyi və ətrafdakı insanların dərhal müdaxilə etməyə çalışdığı əks olunub.
Kadrlarda bir anlıq diqqətsizlik nəticəsində yaranan təhlükəli vəziyyət aydın görünür. Ətrafdakı şəxslər arabaya çatmağa cəhd etsələr də, gərgin anlar yaşanıb.
Hadisənin sonunda təhlükəsizlik əməkdaşlarının müdaxiləsi və baş verənlər görüntülərin sosial eksperiment ola biləcəyi ehtimalını da gündəmə gətirib. Hələlik hadisənin dəqiq harada və hansı şəraitdə baş verdiyi barədə rəsmi məlumat yoxdur.
DOĞRU.AZ

























