image-2000x150px
image-123
image-ads_atlas
image-img_20240325_072849_623backend

Terror aktı zamanı ölən azərbaycanlının anbaan görüntüləri – VİDEO

image-728x90px

Xəbər verdiyimiz kimi martın 22-də Rusiyanın Moskva vilayətində “Crocus City Hall” konsert zalında baş verən terror aktı zamanı həlak olanlar arasında əslən azərbaycanlı olan Vüqar Hüseynov və həyat yoldaşı da var.

Doğru.az xəbər verir ki, bu barədə “Mash” “Telegram” kanalı yeni viodeo yayıb.

Bildirilib ki, atışma başlayanda onlar digərləri ilə birlikdə təxliyyə olunmağa çalışsalar da, bir qrup yaraqlıya rast gəliblər. Bu zaman adam qorxuya düşən insanları xilas etmək üçün bar masalarından barrikadalar düzəltməyə başlayıb. Bu an dəhşətli hücumun şahidlərindən biri tərəfindən videoya çəkilib. Görüntülərdə Vüqar yaşıl gödəkçə geyinib.

Dostlarının dediyinə görə, o, qaçıb gizlənə bilərdi, amma “Piknik” konsertinə gələnlərin zalda qalanlarını tərk etməyib. Bir müddət sonra kişi həyat yoldaşı ilə birlikdə güllələnib.

İkinci mərtəbədən çəkilmiş videoda onların konsert zalının birinci mərtəbəsinin döşəməsində cansız vəziyyətdə uzandıqları görünür.

Həmkarları Vüqardan səriştəli və məsuliyyətli olan insan kimi danışırlar.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki