image-2000x150px
image-123
image-ads_atlas
image-40922_uvyy8e2rjlbackend

Terrorçuların olduğu avtomobil belə saxlanılıb – FOTO

image-728x90px

Moskvada törədilmiş terror aktını törətməkdə şübhəli bilinən şəxslərin saxlanılması əməliyyatı ilə bağlı məlumat yayılıb.

Doğru.az Rusiyanın teleqram kanallarına istinadən xəbər verir ki, şübhəlilərin idarə etdiyi “Renault” markalı avtomobil gecə saatlarında Bryansk vilayətinin Karaçevski rayonunun Xatsun kəndi yaxınlığında aşkarlanıb. Avtomobil hüquq-mühafizə orqanlarının əməkdaşlarının tələbinə məhəl qoymadan hərəkətinə davam edib. Nəticədə təqib zamanı atəş açılıb və avtomobil aşıb.

Terrorçu olduğu ehtimal edilən biri yerindəcə saxlanılıb, qalanları isə meşəyə qaçıb. Az sonra ikinci şəxs də saxlanılıb. İlkin məlumatlara görə, saxlanılanlardan biri Düşənbədən olan 19 yaşlı Məhəmmədsobir Fayzovdur. O saxlanılarkən bir gözündən yaralanıb və xəstəxanaya aparılıb.

Terrorçulara məxsus olması ehtimal edilən “Renault” markalı avtomobildən PM tapançası, AKM avtomatı üçün maqazin və Tacikistan vətəndaşlarının pasportları aşkar edilib.

DOĞRU.AZ

image-40920_637ar4g7er image-40921_sj7w9hpziu

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki