Mayın 13-də saat 10:00 radələrində Tərtər rayonunun Poladlı kənd sakini, 1990-cı il təvəllüdlü Hafizə Rzayevanın yaşadığı evdə qətlə yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Doğru.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb. İlkin araşdırmalar nəticəsində məlum olub ki, 1957-ci il təvəllüdlü Şəhriyar Hüseynov ailə münaqişəsi zəminində yaranmış mübahisə zamanı gəlini H.Rzayevaya bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürüb.
Faktla bağlı Tərtər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Şəhriyar Hüseynov şübhəli şəxs qismində saxlanılıb.
Hazırda istintaq tədbirləri davam etdirilir.
DOĞRU.AZ