Doğru.az xəbər verir ki, ABŞ-ın Texas ştatında baş verən güclü daşqınlar nəticəsində ölənlərin sayı artaraq 51 nəfərə çatıb. Bu barədə CNN yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Məlumata görə, həlak olanlardan 15-i uşaqdır. Hazırda Mistik xristian düşərgəsinə aid 27 tələbənin axtarışları davam edir.
Eyni zamanda, dörd qızın ailəsi onların həyatını itirdiyini CNN-ə təsdiqləyib.
Qeyd edək ki, daha əvvəl rəsmi mənbələr Texasda 43 nəfərin daşqınlar nəticəsində öldüyünü bildirmişdi.
DOĞRU.AZ