image-2000x150px
image-123
image-ads_atlas
image-41009_niyvlbloqmbackend

Teymur Kərimovun işi ilə bağlı 1 qadın da mühakimə ediləcək

image-728x90px

Hədə-qorxu ilə tələb etməkdə ittiham olunan Kanal-11 internet televiziyasının rəhbəri Teymur Kərimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Doğru.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, istintaqın gedişində iş üzrə daha bir nəfər-İstək Totiyeva da cinayət məsuliyyətinə cəlb edilib. Totiyeva kanal rəhbəri Kərimovla əlbir olaraq eyni cinayəti törətməkdə təqsirləndirilir. Onun haqda polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

İttihama görə, onlar zərərçəkmiş şəxslərdən hədə-qorxu ilə 10 min manat tələb edib, lakin 1000 manat alıblar. İstintaq orqanı tərəfindən toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsində göndərilib.

İşi Azad Məcidovun sədrlik etdiyi hakimlər heyəti araşdıracaq.

Qeyd edək ki, T.Kərimov ötən ilin dekabrında həbs edilib. Ona və Totiyevaya qarşı Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə) və 182.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham elan edilib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki