image-2000x150px
image-123
image-ads_atlas
image-41622_np7k8ttqmmbackend

Tikinti mağazasında yanğın oldu – VİDEO

image-728x90px

Ağdaş rayonu, Yeni yaşayış massivi adlanan ərazidə mağazada yanğın baş verib.

Doğru.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, əraziyə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Ağdaş rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının vətəndaşa məxsus ümumi sahəsi 800kv.m. olan ikimərtəbəli tikinti materialları mağazasının ərazisində baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib.

FHN qüvvələrinin çevik müdaxiləsi sayəsində baş verən yanğın genişlənməsinə, o cümlədən ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində tikinti materialları mağazasının ərazisində sahəsi 100kv.m. olan  anbarın yanar konstruksiyaları və içərisində olan tikinti malları 100kv.m. sahədə yanıb.

Mağaza, mağazanın qarşısına yığılmış tikinti malları və bitişik tikilmiş ümumi sahəsi 100kv.m. olan avtomobil ehtiyat hissələrinın satışı mağazası yanğından mühafizə olunub.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki