image-n1karobka_ads
image-123
image-tbackend

Tokioda dünyanın ən böyük işıq şousuna start verildi

Yaponiyanın paytaxt prefekturasının hakimiyyət orqanları dünyanın ən böyük işıq şousuna start veriblər.

Açılışda Tokio administrasiyasının rekord üçün müraciətini qəbul edən Ginnesin Rekordlar Kitabının nümayəndələri də iştirak ediblər.

Tədbir Tokionun turistləri cəlb edən ərazilərində binaların üzərinə xüsusi rəsmlərin proyeksiyasını nəzərdə tutur.

İşıq şousu bu silsilədən olan tədbirlər çərçivəsində birinci olub. Layihə “Tokio Gecəsi və İşığı” adlanır.

Paytaxt administrasiyasından xəbər verildiyi kimi, tamaşaçılar üçün pulsuz olan şou hər gün axşam saatlarında təşkil olunacaq.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki