image-n1karobka_ads
image-123
image-qezabackend

Toydan qayıdan mikroavtobus qəzaya düşdü

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Muğan bürosunun məlumatına görə, hadisə köhnə Ələt-Astara avtomobil yolunun rayonun Qarazəncir kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Ford” markalı mikroavtobus ilə VAZ-2106 markalı avtomobil toqquşub. Hadisə nəticəsində 3 nəfər xəsarət alıb.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Mikroavtobusda olan sərnişinlərin toydan qayıtdıqları bildirilir.

Faktla bağlı araşdırma aparılır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki