Motor1.com xəbər verir ki, Yaponiyanın Toyota şirkəti yeni yolsuzluq avtomobili Land Cruiser Prado-nun şəklini dərc edib.
Yeni avtomobil ötən əsrin 80-ci illərinin sonlarından istehsal olunan Toyota Land Cruiser FJ62 modelinin yanında çəkilib.
Fotoya əsasən, avtomobilin düzbucaqlı fənərləri, mərkəzində böyük Toyota yazısı olan nəhəng radiator barmaqlığı, qara plastik örtüklü geniş bamper olacaq.
Texniki “doldurma” ilə bağlı hələlik heç bir təfərrüat yoxdur. Avtomobilin bu yaxınlarda təqdim edilmiş Lexus GX ilə eyni platformada hazırlanacağı gözlənilir. Avtomobil dörd silindrli mühərriklər və 330 at gücünə malik hibrid elektrik stansiyası alacaq.
Mənbə: Autotech