image-n1karobka_ads
image-123
image-im-73295856backend

Tramp göyərmələrin səbəbini açıqlayıb: gündəlik yüksək dozada aspirin qəbul edir

image-ad_qayo_720x110px

ABŞ prezidenti Donald Tramp “The Wall Street Journal” qəzetinə verdiyi müsahibədə sağlamlığı ilə bağlı diqqət çəkən açıqlama verib.

Doğru.az xəbər verir ki, Tramp həkimlərin tövsiyə etdiyindən daha yüksək dozada hər gün aspirin qəbul etdiyini və bunun da bədənində göyərmələrin yaranmasına səbəb olduğunu bildirib.

Nəşr onun sözlərini sitat gətirir:

“Mən daha böyük olanı (aspirini – red.) qəbul edirəm, amma illərdir bunu edirəm və bu, göyərmələr qoyur”.

Ağ Ev rəhbəri qeyd edib ki, aspirin qanı durulaşdırır və ürəyindən “qatı qan” axmasını istəmir.

Bundan əvvəl CNN xəbər vermişdi ki, amerikalı jurnalistlər Trampın xarici görünüşünə, xüsusilə də əllərindəki izlərə diqqət çəkiblər. Medianın məlumatına görə, bu vəziyyət ABŞ prezidentinin sağlamlığı ilə bağlı suallar yaradıb.

Qeyd olunub ki, Tramp Milad gecəsi hər iki əlində zədə əlamətləri ilə ictimaiyyət qarşısına çıxıb və həmin izləri kosmetik vasitələrlə gizlətməyə çalışıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki