image-2000x150px
image-123
image-ads_atlas
Tramp: “III Dünya müharibəsi heç vaxt bu qədər yaxın olmayıb”backend

Tramp: “III Dünya müharibəsi heç vaxt bu qədər yaxın olmayıb”

image-728x90px

ABŞ-nin keçmiş prezidenti Donald Tramp Ayova ştatında tərəfdarları qarşısında çıxış edərkən bəyan edib ki, dünya üçüncü qlobal müharibənin başlaması astanasındadır.

Onun sözlərinə görə, III Dünya müharibəsi heç vaxt bu qədər yaxın olmayıb.

Tramp ABŞ-liləri “qlobal təhlükənin qarşısını almağa qadir olduğuna” əmin edib. Lakin o xəbərdarlıq edib ki, əgər sülh səyləri nəticə verməsə və müharibə başlasa, bu, sadəcə ölkələr arasında qarşıdurma deyil, “qiyamət” olacaq.

Tramp həmçinin qeyd edib ki, ABŞ-nin hazırkı prezidenti Co Bayden Vaşinqtonu dünya səhnəsində artıq heç kəsin hesablaşmaq istəmədiyi zəif ölkəyə çevirib.

“Bayden son dərəcə səriştəsizdir. Onun görə bildiyi yeganə iş seçkilərdə saxtakarlıq etməkdir”, – deyə Tramp yekunlaşdırıb.

Mənbə: RenTV

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki