ABŞ Prezidenti Donald Tramp İranla aparılan danışıqlarla bağlı diqqətçəkən açıqlama verib.
Doğru.az xəbər verir ki, Tramp News Nation jurnalisti ilə söhbətində İranın ABŞ ilə müqavilələr məsələsində “hər şeyə razı olduğunu” bildirib. Onun sözlərinə görə, İran tərəfi uranın zənginləşdirilməsini dayandırmağa da razılıq verib.
Bu arada, Abbas Əraqçi aprelin 17-də ölkənin atəşkəs müddəti ərzində Hörmüz boğazını açdığını elan edib.
Eyni zamanda Politico mənbələrə istinadən yazıb ki, Trampın “bütün kartları əlində saxlaması” barədə açıqlamalarına baxmayaraq, o, razılaşma əldə etmək üçün müəyyən güzəştlərə getməli ola bilər.
DOĞRU.AZ

























