Donald Tramp bildirib ki, Tehran amerikalıların təklif etdiyi razılaşmanı rədd edərsə, ABŞ İranın enerji və nəqliyyat infrastrukturunu məhv etməyə hazırdır.
Doğru.az xəbər verir ki, Tramp sosial şəbəkədə paylaşım edərək ümid etdiyini bildirib ki, razılaşma qəbul olunacaq. O qeyd edib ki, əks halda ABŞ İranda bütün elektrik stansiyalarını və körpüləri hədəfə almağa hazırdır.
Məhəmməd Bağır Qalibaf isə daha əvvəl bəyan edib ki, razılaşma əldə olunması üçün Vaşinqton əvvəlcə İran xalqının etimadını qazanmalıdır.
DOĞRU.AZ

























