image-n1karobka_ads
image-123
image-bf365178-c8ce-41aa-a030-980a0fa36c2cbackend

Tramp iyunda Vatikanda Ukrayna danışıqlarını davam etdirmək istəyir

image-ad_qayo_720x110px

ABŞ prezidenti Donald Tramp Avropa liderlərinə dövlət katibi Marko Rubio və xüsusi elçi Keyt Kelloqu iyunun ortalarında Vatikanda baş tuta biləcək Rusiya-Ukrayna danışıqlarının növbəti raunduna göndərmək planları barədə məlumat verib.

Bu barədə “The Wall Street Journal” mənbələrə istinadən yazır.

Məqalədə deyilir: “Tramp Vatikanda Rusiya və Ukrayna arasında aşağı səviyyəli danışıqları tez bir zamanda davam etdirmək istədiyini bildirib.

Nəşrin məlumatına görə, mayın 18-də Amerika prezidenti Avropa liderləri ilə telefon danışığında Moskva və Kiyev arasında danışıqlara Rubio və Kelloqu göndərmək niyyətində olduğunu bəyan edib.

Qəzet yazır ki, danışıqların iyunun ortalarında başlayacağı gözlənilir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki