image-n1karobka_ads
image-123
image-67bf6fd8ae5ac9639151b03ebackend

Tramp martın 1-dən Venesuela nefti ilə bağlı sazişi ləğv edəcək

image-ad_qayo_720x110px

ABŞ prezidenti Donald Tramp Venesuelanın Vaşinqtonla imzaladığı neft hasilatı müqaviləsinin şərtlərinə əməl etmədiyini deyib və martın 1-dən etibarən ləğv ediləcəyini açıqlayıb.

“Biz bununla, Əyri Co Baydenin 26 noyabr 2022-ci il Neft Müqaviləsi Sazişinə əsasən Venesuelalı Nikolas Maduroya etdiyi güzəştləri, habelə Maduro rejimi tərəfindən yerinə yetirilməyən Venesuelada seçkilərin keçirilməsi şərtlərini ləğv edirik”, – Tramp özünün Truth Social səhifəsində yazıb.

Tramp vurğulayıb ki, sazişin ləğvi qərarının səbəbi təkcə neftlə bağlı şərtlərin pozulması deyil, həm də Venesuelanın ABŞ-dan deportasiya olunmuş miqrantların geri qaytarılması ilə bağlı öhdəliklərini yerinə yetirməməsidir.

Bundan əvvəl Tramp Venesuelanı ABŞ-ın düşməni adlandırmışdı.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki