image-2000x150px
image-123
image-ads_atlas
Trampa hökm oxundubackend

Trampa hökm oxundu

image-728x90px

ABŞ-nin keçmiş prezidenti və hazırda prezidentliyə namizəd Donald Trampın mülki fırıldaqçılıq işi üzrə məhkəmə prosesi başa çatıb.

Məhkəmə Trampa 355 milyon dollar cərimə kəsib və Nyu-Yorkda biznes fəaliyyəti ilə məşğul olmağı qadağan edib.

Məlum olub ki, Tramp on illər ərzində bankları və sığortaçıları aldatmaq üçün öz sərvətini milyardlarla məbləğdə şişirdilmiş göstərib. Bu səbəbdən keçmiş prezidentin 355 milyon dollar ödəməsi və ad qazandığı ştatda bizneslə məşğul olmasının məhdudlaşdırılması barədə hökm oxunub.

Manhetten Ali Məhkəməsinin hakimi Artur Enqoronun bu qərarı 77 yaşlı Trampın Midtoundakı “Trump Tower” və onun Nyu-Yorkdakı digər məşhur mülkləri üzərində nəzarətini itirməsinə gətirib çıxara bilər.

Enqoronun qərarı həmçinin siyasətə qoşulmazdan əvvəl atasının şirkətini dünyanın ən məşhur daşınmaz əmlak brendlərindən birinə çevirən Trampın maqnat kimi imicinə də zərbə vurub.

“Tramp 2011-2021-ci illər arasında maliyyə hesabatlarında Midtoun qülləsi və Floridadakı “Mar-a-Laqo” klubu kimi aktivlərin dəyərini şişirdərək, sanki “fantaziya dünyasında” yaşayırmış kimi, öz biznesini dəstəkləyib”, – deyə Enqoron bildirib.

Mənbə: “Nyu York Post”

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki