image-n1karobka_ads
image-123
image-696706a302e8bd0ea0759947backend

Trampdan əməliyyat XƏBƏRİ

image-ad_qayo_720x110px

ABŞ prezidenti Donald Tramp İrana qarşı mümkün hərbi əməliyyatların mahiyyətini bildiyinə inandığını açıqlayıb.

Doğru.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

“Bunun nə ola biləcəyini dəqiq bilirəm, amma qərar verməliyik”, – deyə Amerika administrasiyasının rəhbəri bildirib.

Qeyd edək ki, bundan əvvəl Donald Tramp İranda baş verən etirazlarla bağlı çıxış edərək, etirazçıları hərəkətlərini davam etdirməyə çağırıb və ABŞ-ın onlara dəstək verdiyini bəyan edib.

Bununla yanaşı, The Wall Street Journal qəzeti Ərəb körfəzi ölkələrinin rəsmilərinə istinadən yazıb ki, ABŞ prezident administrasiyası İrana qarşı hərbi əməliyyatların mümkünlüyünü nəzərdən keçirir.

DOĞRU.AZ 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki