image-2000x150px
image-123
image-ads_atlas
“Tua-TT” MMC-nin rəhbəri Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya müraciət etdi – FOTObackend

“Tua-TT” MMC-nin rəhbəri Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya müraciət etdi – FOTO

image-728x90px

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən şikayətçi olan “Tua-TT” MMC-nin rəhbəri Tural Alışanov Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya müraciət etdi.

Əlillərə tikilən evlərin pulunu mənimsəkdə ittiham olunan “Tua-TT” MMC-nin rəhbəri Tural Alışanovla bağlı ilk yazımız Doğru.az informasiya agentliyində yayımlandı. Qısa açıqlama verək ki, iş üzrə zərərçəkən şəxs qismində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin  müraciəti əsasında Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən sözügedən şirkət rəhbəri Tural Alışanov barəsində Cinayət Məcəlləsinin 179.3.2 (Mənimsəmə və ya israf etmə külli miqdarda törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanaraq, həbs qətimkan tədbiri seçilibdir.

“Tua-TT” MMC-nin rəhbəri Tural Alışanov qanunsuz olaraq həbs olunduğunu əsas gətirərək, Cənab Prezident İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət edibdir.

Doğru.az informasiya agentliyi olaraq, “Tua-TT” MMC-nin rəhbəri Tural Alışanovun müraciətini olduğu kimi sizlərə təqdim edirik:

Mən Alışanlı Tural Asif oğlu məcburiyyət qarşısında qalıb Cənab Prezident İlham Əliyev və 1-ci Vitse-Prezident çox hörmətli Mehriban xanım Əliyevaya müraciət edirəm.

Dövlət və fərdi sifarişləri yerinə yetirən bir neçə tikinti şirkətlərinin sahibiyəm.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən şəxsən nazir Sahil Babayevdən və onun müavini Vüsal Nəsirlidən yığılıb qalmış 157000 manat maliyyə vəsaitini tələb etdiyim üçün nazir Sahil Babayevin yalan şikayəti əsasında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən artıq bir ildən artıqdır ki, saxta və əsassız ittihamla həbs olunmuşam.Bakı İstintaq Təcridxanasında saxlanılıram.

Cənab Prezident!
Çox hörmətli Mehriban xanım!

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə 31 ədəd fərdi yaşayış evlərinin tikintisi öhdəliyim olub.Bu evlərin 25 ədədi 2016 və 2018-ci illərdə istismara verilib, 4 ədədinin son tamamlanma işləri qalıb. 2 ədədinin isə bünövrəsi tökülüb tikinti işlərini mən özüm dayandırmışam.Bu işləri saxlamağıma səbəb mənim nazir müavini Vüsal Nəsirli ilə görüşüm oldu. Belə ki, bu işləri tamamlamaq üçün 50.000 (əlli min) manat vəsait lazım idi. Mən Vüsal Nəsirli ilə görüşüb bu vəsaitin köçürülməsi üçün müvafiq göstəriş verməsini xahiş etdim.Mənə dedi ki, nazir Sahil Babayev tapşırıq verib ki, sizə vəsait ödənilməsin.Amma məndən işləri bitirməyimi tələb etdi.Mən nazir Sahil Babayevin qəbuluna getmək istədiyimi deyəndə mənə dedi ki, sənə 20.000 manat nəğd pul verim yarımçıq işləri bitir amma qalan 137.000 manatdan əlini üz.İş otağına Anar adlı bir nəfəri çağırıb dedi ki, fikirləş bu Anara zəng et 20.000 manatı sənə çatdırsın.Mən başa düşdüm ki, Vüsal Nəsirlinin şəxsi marağı var. Ona görə də bir mənalı olaraq razılaşmadım.Sabahı gün Anar mənə zəng edib soruşdu, mən yenədə razılaşmadığımı bildirdim.Vüsal Nəsirli şəxsən özü mənə zəng edib məni nazirliyə dəvət etdi. Mənə dedi ki, sənin razılaşmadığını nazir Sahil Babayevə dedim oda çox əsəbləşdi tapşırıq verdi ki, heç o, 20.000 manatı da sənə verməyək. Dedi ki, sənə bir neçə ay vaxt veririk əgər səni korrupsiyaya verəcəyik.Dedim ki, əgər mənim cinayətim varsa mənə vaxt verməyiniz lazım deyil elə indi verin.Bu görüşdən sonra mən nazir Sahil Babayevlə görüşmək üçün dəfələrlə müxtəlif üsullarla müraciətlər etdim.Aylarla hətda elə olub ki, bir gündə 2-3 dəfə teleqrama göndərməyimə baxmayaraq qəbuluna düşə bilməməyim bir yana heç zəng edib maraqlananda olmadı.Təxminən 4 ay sonra nazir Sahil Babayevin Asan Radionun canlı yaymında qonaq olduğunu görüb Facebook sosial şəbəkəsi vasitəsi ilə şərh bölümündə müraciət etdim. Sabahı gün nazirliyin tikinti şöbəsinin direktor müavini Elgün mənə zəng edib məni korrupsiyaya verəcəkləri ilə hədələdi.Həqiqətəndə bir neçə gün sonra Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən zəng edib məni ora dəvət etdilər. Mənə nazir Sahil Babayevin şəxsən özünün imzası ilə Baş Prokurora göndərdiyi məktubu göstərdilər.Guya mən 480.000 manat pul mənimsəmişəm. Adı çəkilən nazirliyin mənə olan 157.000 manat borcun 108.000 manatını təsdiq edən qarşılıqlı üzləşmə aktını və bank çıxarışlarını təqdim edib tam əsassız və qərəzli şikayət olduğunu izah etdim. 3 ay məni ora dəvət etmədilər. 3 ay sonra dedilər ki, fakt üzrə cinayət işi açılıb. Mən müstəntiqdən bütün işlərin yoxlanılmasını tələb etdim.Mahmud Ağalarovun son qərəzli qərarı oldu.Cinayət işinin materiallarının içində Məhkəmə Tikinti Texniki Ekspertizanın 04.12.2019-cu il 27509 nömrəli rəyi, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis təhlilləri şöbəsinin 30.10.2019 –cu il rəyi, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Dövlət Ekspertiza Baş İdarəsinin Mühəndisinin 04.10.2019-cu il tarixinə tərtib olunmuş arayışı, ƏƏSMN-nin nümayəndəsi həmdə mühəndisinin evlər yoxlanarkən tərtib olunmuş aktlarda imzası ola-ola işi yenidən istintaqa qaytarmaq həmdə 11 ay sonra ən azından haqsızlıq və ciddi qanun pozuntusudur.Hakim Mhmud Ağalarovun 03.11.2020-ci il qərarının bir mənası var oda odur ki, mən həbsdən çıxmayım.Mənim həbsdə qalmağım üçün əlindən gələn hər şeyi etdi.Mən hakim Mahmud Ağalarovun qərəzli olmağına onda tam əmin oldum ki, məhkəmə prosesləri vaxtı köməkçisi vasitəsi ilə mənə xəbər göndərmişdi ki, mən sakit durum məhkəmədə heç nə danışmayım guya mənə kömək edəcək.Məndə dedim ki,mənə onun köməyi lazım deyil mənim işimə qanunla, vicdanla və ədalətlə baxsın kifayət edər.Bu qərardan 23 gün sonra yəni 26 noyabrda müstəntiq Əvəz Əliyev gəlib 5 dəqiqəlik mənimlə görüşüb getdi. Hakim Mahmud Ağalarovun verdiyi bu qərarın haqsız qərar olduğunu dedi.Dedi ki, mənə nə göstəriş versələr onuda edəcəyəm.Birdə 10 dekabr 2019-cu ildə məni Binəqədi rayon məhkəməsinə çıxardıb saxlama müddətini 3 ay artırdı.3 ay artırmağına səbəb odur ki, işi yenidən Məhkəmə tikinti Texniki Ekspertizaya göndərir.Mən müstəntiqə dedim ki, axı 04.12.2020-ci il 27509 saylı ekspertizanın rəyi var niyə yenidən göndərirsiniz?.Deyir ki, mənə belə göstəriş verilib.İstəkləri odur ki, yenidən daha çox rəy alsınlar iş məhkəməyə gedəndə dərhal mənə hökm çıxarsınlar.

Cənab Prezident!
Çox hörmətli Mehriban xanım!

ƏƏSMN-ilə mənim aramda yaranan bu problem mülkü xarakterli bir problemdir.Yəni mülkü məhkəmədə araşdırılmalı idi.Ona görə ki, adı çəkilən nazirlik və yaxud həmin nazirliyin vəzifəli şəxsləri öz öhdəliklərini yerinə yetirmədikləri üçün məndə öz öhdəliyimi yerinə yetirməmişəm.Lakin mənim adları çəkilən vəzifəli şəxslərdən nazir Sahil Babayev və onun müavini Vüsal Nəsirlidən haqqımı tələb etməyim, onların təklifləri ilə razı olmamağım, Asan Radioda canlı yayımda Sahil Babayevdən haqqımı tələb etdiyimə görə mənə belə qondarma cinayət işi açıb və məni saxta, əsassız ittihamla həbs edib hələdə həbsdə saxlayırlar.Əlavə olaraq onuda bildirmək istəyirəm ki, 2018-ci ildə mən nazir müavini Vüsal Nəsirli ilə görüşəndə mənə desəydi ki, hələ vəsait ödəyə bilmirik işləri bitir biz o vəsaiti ödəyəcəyik mən onu edərdim. Bir mənalı olaraq mənə bildirdi ki, verməyəcəyik.Ona görə də mən işləri tamamlamayıb haqqımı tələb etdim. Nazir Sahil Babayevə onlara teleqram göndərəndə məni qəbul etsəydi yenədə vəziyyət gəlib bu səviyyəyə çatmazdı.Elə o, qəbul etmədi ona görə də mən məcbur oldum.Asan Radioda müraciət etdim.Bu müraciətdən sonra məni qəbul etmədi mən tam əmin oldum ki, nazir müavini Vüsal Nəsirlinin özbaşnalığının başında nazir Sahil Babayev durur.Bunları əsəbləşdirən odur ki, mən niyə bunlardan qorxmuram, mən niyə bunlardan çəkinmirəm?.Nazir Sahil Babayev bir neçə ortaq tanışlarımıza deyib ki, guya mən ona Asan Radioda müraciət etməklə onu biyabır etmişəm. Əslində isə özləri özlərini biyabır ediblər.Əgər vaxtında vəzifə borcunu yerinə yetirib qəbul etsəydi məndə Asan Radioda müraciət etməzdim oda biyabır olmazdı.Mən tam əmin olmaq istəyirdim ki, görüm Sahil Babayevin xəbəri var mənim işimdən ya yox əmin oldum ki, var.Sadəcə vəzifə gücündən istifadə edib məni həbs etdiriblər.Asan Radioda müraciətimə canlı yayımda cavab verir ki, dövlət büdcəsindən fərdi yaşayış evlərinə görə 300.000 manat əskik idi oda dövlət büdcəsinə ödənilib guya mənim problemim bununla bağlıdır.Yaxşı bəs məndən niyə 480.000 manat istəyirlər?.Əgər onlar düz danışırlarsa məndən niyə 480.000 manat istəyirlər.Axı özü deyir ki, artıq dövlət büdcəsinin problemini həll edib guya.Daha sonra nazir müavini Vüsal Nəsirli 399.000 manat tələb edir.Buna nə ad verək?.Bunlar azmış kimi məhkəmədə 800.000 manat tələb edirlər.800.000 manatını onla əsaslandırırlar ki, guya mənim tikdiyim evlər köhnəlib həmdə keyfiyyətli deyil. Hansı ki, FHN-nin mühəndisi, öz mühəndisi, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin mütəxəssisi bir-bir yoxlayıb aktlarada imza etmişik birlikdə.Bir ildəndə çoxdur ki, məni həbs etdiriblər saxta ittihamla mən necə bilərdim ki, o evlər köhnəlməsin? 2018-ci ildən istismara hazır olan evlərin hansıların ki, içində yaşayış var heç bir problem ola bilməz.Amma hazır olub içində yaşayış olmayan evin divar kağızı havasızlıqdan qopa bilər və yaxud digər yüngül problemlər ola bilər.Amma yenədə bütün problemlərin başında nazir Sahil Babayev və onun müavini Vüsal Nəsirli durur.Ona görə ki, 2018-ci ilin yay ayları idi heç onda mən Vüsal Nəsirli ilə görüşməmişdim.Bildim ki, nazir Sahil Babayev Lənkəranda vətəndaşları qəbul edir.Mən ona gedib nazirliyin vəzifəli şəxsləri Vüqar Behbudov və Bəxtiyar Əzizovla görüşüb dedim ki, nazirin qəbuluna girim deyim ki, burda evlər hazırdır gəlmişkən elə açılış edər.Bunlar kimləsə danışdılar dedilər ki, yox olmaz.Mən sonradan başa düşdüm ki, telefonla Vüsal Nəsirli ilə danışıblar bunlar.

Cənab Prezident!
Çox hörmətli Mehriban xanım!

Bacardığım qədər qısa həmdə ətraflı müraciət edirəm ki, adı çəkilən nazirliyin vəzifəli şəxsləri mənim həbsdə olmağımdan istifadə edib kinləri,şəxsi prinsipləri və şəxsi maraqlarına görə saxta sənədlər, saxta foto şəkillər və saxta açıqlamalarla özlərinə bəraət qazandırmasınlar.Elə şeylər var ki, onları heç özümə sığışdırıb demirəm və bütün bu dediklərimin hamısını real faktlara, sübutlara əsaslanıb deyirəm və məsuliyyətimidə dərk edirəm.

Cənab Prezident!
Çox hörmətli Mehriban xanım!

Sizdən çox xahiş edirəm mənim işimi xüsusi nəzarətinizə götürüb bir ildən artıqdır ki, tapdalanmış hüquqlarımın və əlimdən alınmış azadlığımın təmin olunmasına göstəriş verəsiniz.

Doğru.az informasiya agentliyi olaraq, qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki