Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 28 May – Azərbaycanın Müstəqillik Günü münasibətilə sosial media hesabında paylaşım edib.
Doğru.az xəbər verir ki, Türkiyə lideri rəsmi “X” (keçmiş “Twitter”) platformasında etdiyi paylaşımda Azərbaycan xalqını təbrik edib, qardaşlıq və həmrəylik mesajı verib.
Ərdoğan paylaşımında Azərbaycanın müstəqilliyini qorumaq və yaşatmaq uğrunda canlarını fəda etmiş bütün şəhidlərin xatirəsini ehtiramla andığını bildirib:
“Canlarını təhlükəyə ataraq Azərbaycanın müstəqilliyini qoruyan, bu yolda şəhid olan bütün qəhrəmanları rəhmətlə anıram. Qardaş Azərbaycana Müstəqillik Günü münasibətilə ürəkdən təbriklərimi çatdırıram.”
Paylaşımda həmçinin Türkiyə və Azərbaycanın dövlət bayraqları və birlik mesajı əks olunan vizual da yer alıb.
Qeyd edək ki, 28 May tarixi Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ildə elan edildiyi və Azərbaycanın ilk müstəqil dövlət statusunu qazandığı gündür. Türkiyə hər zaman bu tarixi Azərbaycanla birgə qeyd edərək dəstəyini nümayiş etdirir.
DOĞRU.AZ