Türkiyənin Diyarbəkir vilayətinin Çinar, Mardin vilayətinin Mazıdağı rayonları arasındakı meşəlik ərazidə başlayan yanğın qısa müddət ərzində geniş əraziyə yayılıb.
Türkiyə mətbuatının yazdığına görə, hadisə nəticəsində azı beş nəfər həyatını itirib, 44 nəfər yaralanıb.
Yanğının qarşısını almaq üçün əraziyə müvafiq qurumların bölmələri cəlb edilib.
Qeyd olunur ki, yanğın nəzarət altına alınıb.
DOĞRU.AZ