Türkiyədə 11 bölgədə İŞİD və “Əl-Qaidə” terror təşkilatlarına qarşı əməliyyat aparılıb.
Bu barədə Türkiyə daxil işlər naziri Ali Yerlikaya “X” hesabında paylaşım edib.
Məlumata görə, Antalya, Düzce, Elazığ, İstanbul, Konya, Mersin, Ordu, Rizə, Sakarya, Sivas və Trabzonda 3 gün davam edən “Kahramanlar” əməliyyatı çərçivəsində İŞİD və “Əl-Qaidə” ilə bağlı 36 şübhəli ələ keçirilib.
Həmçinin aparılan axtarışlar zamanı 39 min dollar, 11 min avro, 200 min Türkiyə lirəsi və digər ölkələrə məxsus külli miqdarda xarici valyuta, çox sayda rəqəmsal material və sənəd aşkarlanıb.
Mənbə: TRT Haber