image-n1karobka_ads
image-123
image-1750927139_img-20250626-wa0061backend

Türkiyədə meşə yanğınları davam edir

Doğru.az xəbər verir ki, son günlər havanın isinməsi səbəbindən Türkiyənin bir neçə bölgəsində meşə yanğınları baş verib. Son 5 gündə ölkə üzrə 342 yanğın qeydə alınıb, onlardan 6-sı hələ də davam edir.

Kənd Təsərrüfatı və Meşəçilik Naziri İbrahim Yumaklı bildirib ki, yanğınlara həm havadan, həm də qurudan müdaxilə olunur. Ən çox yanğınlar Manisa, İzmir və Hatayda davam edir.

İzmirin Seferihisar və Menderes bölgələrində vəziyyət yaxşılaşıb, intensiv əməliyyatlar alovun yayılmasını azaldıb. Hatayın Antakya rayonunda güclü külək yanğının söndürülməsinə çətinlik yaradır. Adanadakı yanğın isə nəzarət altındadır.

Səhiyyə Nazirliyi 46 nəfərin yanğınlarda zərər gördüyünü və müalicə aldığını, onlardan birinin vəziyyətinin ağır olduğunu açıqlayıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki