Türkiyədə korrupsiya faktları ilə bağlı aparılan istintaq çərçivəsində bir neçə müxalif bələdiyyə başçısı saxlanılıb.
Doğru.az xəbər verir ki, bu şəxslər Cümhuriyyət Xalq Partiyasını (CHP) təmsil edirlər.
Məlumata görə, Adana və Adıyaman şəhərlərinin rəhbərləri – Zeydan Karalar və Əbdürrəhman Tutdere, həmçinin Antalya bələdiyyə başçısı Mühittin Bocek istintaqa cəlb edilənlər arasındadır.
İstintaq çərçivəsində ümumilikdə 15 nəfər şübhəli şəxs kimi qeyd olunur, onlardan 7-si artıq saxlanılıb. Məlumatlarda bildirilir ki, hazırda bu iş üzrə 150-dən çox bələdiyyə əməkdaşı da araşdırılır.
Xatırladaq ki, bu əməliyyat Türkiyədə son aylarda yerli idarəetmələrdə aparılan yoxlamaların davamı kimi qiymətləndirilir.
DOĞRU.AZ