image-2000x150px
image-123
image-ads_atlas
image-screenshot_20230321_133214_gallerybackend

“Türkün dədəsi Heydər” adlı layihəsi təqdim olundu FOTO/VİDEO

image-728x90px

Bildiyimiz kimi Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2023-cü il “Heydər Əliyev İli” elan edildi. 2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Yaradıcı gənc Aysel Kərim də bu ilə öz töfhəsini verərək “Türkün dədəsi Heydər” adlı layihəsini təqdim edir. İthaf əsərin ifası əməkdar artist Mətanət İsgəndərliyə, qiraəti Nürəddin Mehdixanlıya, söz və musiqisi Aysel Kərimə məxsusdur. Müəllif keçirdiyi hissləri bu cür ifadə edir:

“Dahi şəxsiyyətə həsr etdiyim bu əsər onun vətən üçün fədakar fəaliyyətinə, mədəniyyət qarşısında tarixi xidmətlərinə dərin ehtiramım və həmçinin vətəndaş olaraq mənəvi borcum idi. Əsərin “Bahar bayramı”na təsadüf etməyi olduqca yerinə düşdü. Belə ki, Heydər Əliyevin gəlişi bu dövlətin yazına-baharına, çiçəklənməyinə səbəb olmuşdu. Ruhu şad olsun. Azərbaycan gənci olaraq onu daima Heydər baba kimi xatırlayıram.”

Qeyd edək ki, Aysel Kərim Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Bəstəkarlar İttifaqının və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. İki dəfə Prezident təqaüdçüsü və Gənclər Mükafatçısıdır.

DOĞRU.AZ

image-screenshot_20230321_132039_gallery image-img-20230321-wa0028 image-img-20230321-wa0025 image-img-20230321-wa0026 image-img-20230321-wa0023

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki