image-2000x150px
image-ukrayna-ucak-getty-1770549_2backend

Ukrayna Beynəlxalq Hava Yolları İranı məhkəməyə verdi

image-728x90px

Ukrayna Beynəlxalq Hava Yolları (UIA) İranın paytaxtında Tehran-Kiyev reysini həyata keçirən sərnişin təyyarəsinin vurulması ilə bağlı bu ölkəni məhkəməyə verib.

Şirkətin verdiyi açıqlamada iddianın Kanadanın Ontario ştat məhkəməsində qaldırıldığı bildirilib.

Ərizədə İran və İnqilab Keşikçiləri müttəhim kimi göstərilir və ökədən təzminat tələb olunur.

Qeyd edək ki, 2020-ci il yanvarın 8-də İran Tehrandan havaya qalxan Ukrayna Hava Yollarına məxsus “Boeing 737” tipli sərnişin təyyarəsini raketlə vurub.

Hadisə zamanı Ukrayna, İran, Kanada, İsveç, Əfqanıstan, Almaniya və Britaniya vətəndaşları da daxil olmaqla ümumilikdə 176 nəfər həyatını itirib.

İran hökuməti təyyarə qəzasında həlak olan sərnişinlərin ailələrinə 150 ​​min dollar təzminat ödəməyə qərar verib, lakin bəzi ailələr bu puldan imtina ediblər.

Mənbə: TRT

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki