Ukrayna hakimiyyəti ölkə boyu hava hücumu xəbərdarlığı elan edib.
Müvafiq məlumatlar Ukrayna Rəqəmsal Transformasiya Nazirliyinin saytında yerləşdirilib.
Moskva vaxtı ilə saat 8:05 radələrində Kiyevdə hava hücumu xəbərdarlığı elan edilib. Eyni zamanda, Ukrayna Silahlı Qüvvələrinin Hərbi-Hava Qüvvələrinin məlumatına görə, Ukraynanın qərb vilayətlərində həyəcan siqnalı hələ də qüvvədədir.
Bundan əvvəl Ukraynanın altı şərq bölgəsində hava xəbərdarlığı elan edilmişdi – xəbərdarlıq xəritəsi Ukraynanın Sumı, Çerkassı, Çerniqov, Poltava, Kirovoqrad və Dnepropetrovsk vilayətlərinə, eləcə də Rusiya Federasiyasının nəzarət edilən yeni bölgələrinin bir hissəsinə şamil edilmişdir.
Mənbə: Sputnik