“WhatsApp” yeni funksiyanı sınaqdan keçirirbackend

“WhatsApp” yeni funksiyanı sınaqdan keçirir

Doğru.az xəbər verir ki, “WhatsApp” messenceri tətbiqin video hissəsində yeni funksiyanı sınaqdan keçirir.Belə ki, videoları redaktə edərkən yeni bir işarə görünəcək ki, bu da istifadəçinin videonu səssiz şəkildə göndərməsinə imkan yaradacaq.

Qeyd edək ki, bu funksiya test mərhələsində olan 2.21.3.13 beta-versiyada mövcuddur. Yenilənmədə başqa bir animasiya stiker dəsti əlavə edilməklə yanaşı, qrup söhbətində hər hansı bir istifadəçinin xatırlanması funksiyası da təkmilləşdiriləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki