“Zerkalo Nedeli” qəzeti yazır ki, gecə ərzində Xarkovda ikinci dəfə partlayışlar baş verib.
Bundan əvvəl Ukrayna mətbuatı Xarkov vilayətində hava hücumundan müdafiə sisteminin işi barədə məlumat yayıb.
Hazırda Ukraynanın bir çox bölgələrində hava həyəcanı elan edilib.
Bundan əvvəl Dnepropetrovsk vilayətində partlayışlar barədə məlumat verilmişdi.
Oktyabrın 10-da RF Silahlı Qüvvələri Ukraynanın infrastruktur obyektlərinə raket zərbələri endirməyə başlayıb. Rusiya prezidenti Vladimir Putinin sözlərinə görə, bu, Kiyev rejiminin terror aksiyalarına cavab idi. O, xüsusilə Krım körpüsünə hücumu xatırladıb.