image-2000x150px
image-123
image-ads_atlas
image-xudaferinden-yayinlanan-verilis-guneyde-maraqla-qarsilanacaq-rey-video-0-1618559519backend

“Xudafərindən yayınlanan veriliş Güneydə maraqla qarşılanacaq”- Rəy+VİDEO

image-728x90px

Dünən ilk dəfə olaraq AzTV Xudafərin körpüsünün yanından veriliş yayımladı. Tanınmış siyasi analitik Tofiq Abbbasın təqdimatında “Əsas məsələ” verilişi iki taylı Azərbaycanın tarixi, siyasi və iqtisadi, mədəni həyatında böyük rol oynayan Xudafərin körpüsünün yanından baş tutdu.

Tanınmış jurnalist, diaspor üzrə araşdırmaçı, “Vikipediya” üzrə mütəxəssis Elnur Eltürk bu kimi verilişlərin vacibliyindən danışıb:“Ümumiyyətlə, son illər Azərbayacan dövlət televiziyası maraqlı verilişlərlə gündəmə gəlir. Heç kimə sirr deyil ki, əvvəllər televiziyanın izləyicisi az idi. İndi bu kimi maraqlı verilişlərlə kanal itirilmiş izləyicini qazanıb və xalqımızın tarixini, milli-mənəvi dəyərlərini  təbliğ edən verilişlər yayımlayır. Bu dəfə kanal teleməkanda ilk dəfə olaraq Xudafərin körpüsünün yanından veriliş yayımlamasın; əlamətdar hadisələrdən biri hesab edirəm”.Elnur Eltürk bildirib ki, veriliş Güneydə də maraqlı qarşılanacaq: “Bilirsiniz ki,  körpü xalqımızın milli-mənəvi və tarixi ideoloji düşüncəsində xüsusi əhəmiyyətə malikdir. Vətən müharibəsində güneydən olan qardaş və bacılarımız əsglərimizə birlik dəstəyini nümayiş etdirirdilər.

Əsgərlərimizi alqışlarla döyüşə yola salırdılar.  Onlarla belə videolar yayımlanırdı. Bunu sosial şəbəkələrdən və GünAz. TV-in  yayımlandığı videolardan da görmək olurdu. Vətən müharibəsi birliyimizi daha da gücləndirdi. Bu gün Xudafərin birlik və həmrəylik simgəsinə çevrilib. Həm də Xudafərindən düşmənə verilən mesajlar aydındır. Qarabağ bütövlükdə Azərbaycanın torpağıdır”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki