image-n1karobka_ads
image-123
image-43571_9jytzg0xx2backend

Yanğın SOCAR-ın bu obyektində baş verib – FOTO

Xəbər verdiyimiz kimi, Bakının Suraxanı rayonu ərazisində yanğın baş verib.

FHN-dən Doğru.az-a verilən xəbərə görə, qurumun “112” qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən SOCAR-ın Neft-qaz Elmi Tədqiqat Layihə İnstitutunun Eksperimental Təcrübə-Sınaq İşləri Müəssisəsinin ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri hadisə yerinə cəlb olunub.

FHN-in qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğının ətraf ərazilərə, o cümlədən yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

DOĞRU.AZ

image-showpic_el100-5image-showpic_el100-3image-showpic_el100-1image-showpic_el100image-showpic_el100-6image-43571_9jytzg0xx2image-showpic_el100image-showpic_el100-6

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki