Pskov yanğınsöndürənləri şəhər hava limanında İl-76 təyyarəsinin yanğınının nəticələrini aradan qaldırmağa davam edir.
Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Pskov vilayəti üzrə Baş İdarəsinin saytı məlumat yayıb.
İdarənin bəyanatında deyilir ki, avqustun 29-da Moskva vaxtı ilə saat 23.28-də Pskov hava limanında olan hərbi-nəqliyyat təyyarələrinin atəşə tutulması barədə məlumat daxil olub. Yanğının söndürülməsində 65 nəfər iştirak edib, 21 texnikadan istifadə olunub.
Daha əvvəl bildirilib ki, Pskov hava limanında dronların hücumundan sonra başlayan yanğın hazırda lokallaşdırılıb, onun genişlənməsi təhlükəsi yoxdur. Fövqəladə Hallar Xidmətinin nümayəndəsinin sözlərinə görə, hava limanına ilk yanğınsöndürmə və xilasetmə bölmələri gəldikdən sonra yanğının söndürülməsi üçün qüvvə və vasitələr göndərilib. Hazırda yanğınların qarşısı alınıb. Yanğınsöndürənlər yanğını söndürməyə davam edir.
Mənbə: Lent.ru