image-2000x150px
image-123
image-ads_atlas
image-fb_img_1628509845511backend

YAP-çı deputat yazıçılar və şairlərlə görüş keçirdi – FOTOLAR

image-728x90px

96 saylı Goranboy-Naftalan seçki dairəsi üzrə Milli Məclisin deputatı Anar Məmmədov Goranboy rayonunda Əli Nəzmi ədəbi birliyinin sədri və üzvləri ilə görüş keçirib.

“Dogru.az”-ın məlumatına görə, millət vəkili qeyd edib ki, Prezident İlham Əliyev Azərbaycan ədəbiyyatının inkişafına, klassik və müasir ədəbi şəxsiyyətlərin yubileylərinin keçirilməsinə, ədəbiyyatımızın bütün dünyada yetərincə təbliğ olunmasına böyük önəm verir. Ölkə başçısının son dövrdə bu istiqamətdə verdiyi sərəncamlardan irəli gələn, həyata keçirilən bir sıra tədbirlər diqqət və qayğının bariz nümunələridir.
​Həmçinin millət vəkili rayonun ziyalıları – zəngin həyat və iş təcrübəsi, əhali arasında hörmətə malik şəxslərlə görüşməyin çox xoş olduğunu bildirərək qeyd edib ki, fikir mübadiləsi etmək, məsləhət və təkliflərini öyrənmək işimizə ancaq müsbət təsir göstərəcək.
​Tədbirdə çıxış edən ziyalılar ölkəmizdə və rayonumuzda görülən bütün işlərə görə ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirib.
​Görüşün sonunda ziyalılar tərəfindən irəli sürülən təkliflərlə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib, ədəbi birliyin sədri Ələsgər Əli oğlunun millət vəkilinə olan müraciəti müsbət həllini tapıb.

DOĞRU.AZ

image-fb_img_1628509840241 image-fb_img_1628509820964 image-fb_img_1628509823439 image-fb_img_1628509828116 image-fb_img_1628509830652 image-fb_img_1628509832947 image-fb_img_1628509835413 image-fb_img_1628509837770 image-fb_img_1628509825760 image-fb_img_1628509842822 image-fb_img_1628509848803

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki