image-2000x150px
image-123
image-ads_atlas
YAP-nın gənclərlə iş qrupunun rəhbəri Elmar Məmmədov Gənclərlə bağlı fikirlərini bölüşübbackend

YAP-nın gənclərlə iş qrupunun rəhbəri Elmar Məmmədov Gənclərlə bağlı fikirlərini bölüşüb

image-728x90px

Gənclər hər bir ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında fəal iştirak edən potensial qüvvədir. Sevindirici haldır ki, bu gün gənclərimiz Azərbaycanın gələcəyi, inkişafının avanqard qüvvəsi və modernləşmə strategiyasının təməl sütunlarıdır.

Doğru.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası icra katibliyinin gənclərlə iş qrupunun rəhbəri Elmar Məmmədov AZƏRTAC-a açıqlamasında deyib.
Gənclərimizin vətənpərvər və ən müasir tələblər səviyyəsində formalaşmasında ümummilli lider Heydər Əliyevin danılmaz xidmətlərini xüsusi vurğulayan E.Məmmədov deyib:

“Ümummilli lider həmişə gənclərə güvənərək onlara böyük etimad göstərib. Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin əsas tərkib hissəsi kimi xüsusi yer tutub. Azərbaycan gəncliyi dövlətin diqqət və qayğısını hər zaman öz üzərində hiss edib”.

Qeyd olunub ki, ölkəmizdə müstəqillik dövrünün ilk illərində hökm sürən hərc-mərclik şəraitində çoxlu sayda gənclər təşkilatı yaransa da, onların əksəriyyətində siyasiləşmə meyilləri əksini tapmışdı. Lakin Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün qorunması, ölkədə hüquqi demokratik dövlət quruculuğu prosesinin həyata keçirilməsi vəzifələri gənclərin ayrı-ayrı siyasi qurumlarda deyil, ümummilli dövlət mənafeləri əsasında səfərbər olunması, vahid gənclər siyasətinin hazırlanıb həyata keçirilməsi zərurətini ortaya çıxardı.

Belə bir şəraitdə dahi şəxsiyyət ilk dövrlərdən gənclərin himayədarı kimi sağlam düşüncəli yeni nəslin yetişməsini dövlətin və cəmiyyətin mühüm vəzifəsi kimi müəyyənləşdirdi. Onun potensial güc mənbəyi kimi elmi-fiziki potensiala üstünlük verdiyi, ictimai və sosial həyatın, cəmiyyət quruculuğunun bütün sferalarında təmsil olunmalarına geniş imkanlar yaratdığı qüvvə həmişə gənclər oldu.

Ümummilli liderimiz həmişə gənclərimizə böyük ümidlər bəsləyir, və dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir.

E.Məmmədov bildirib ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsində bu gün Azərbaycan gəncləri bütün sahələrdə uğurla təmsil olunurlar. Ötən müddətdə bu istiqamətdə atılmış addımlar, görülmüş işlər bunun əyani sübutudur.

Gənc peşəkarlar artıq səhiyyə, elm və təhsil, idman, hərbi, innovasiyalar, dövlət idarəçiliyi və digər sahələrdə mühüm mövqelər tuturlar. Bu gün müasir Azərbaycan gəncliyindən danışarkən gözlərimiz önündə Mübariz İbrahimov, torpaqlarımızın müdafiəsi, ərazi bütövlüyümüzün qorunması uğrunda canlarından keçmiş minlərlə şəhidimiz, sağlamlığını itirmiş qazilərimiz canlanır. Nəhayət, bu gün müasir Azərbaycan gəncliyindən danışarkən gözlərimiz önündə 44 günlük Vətən müharibəsində xalqımıza əbədi qürur hissləri bəxş etmiş Azərbaycan əsgəri canlanır.

Çünki bizə Şanlı Qələbəni bəxş edən qəhrəmanlar məhz gənclərdir. Məhz gənclər – Azərbaycan əsgərləri Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə tarix yazdılar, əsl vətənpərvərlik, fədakarlıq və qəhrəmanlıq nümunələri göstərdilər.

“Bəli, gənc Azərbaycan əsgəri sübut etdi ki, qısa zamanda çox böyük işlər görmək olar. Düşmənin 30 il ərzində inşa etdiyi müdafiə istehkamlarını, mühəndis-texnika qurğularını aşaraq alınmaz qala olan torpaqlarımızı xalqımıza qaytarmaq məhz bugünkü gənc nəslin şərəf və ləyaqət simvoluna çevrildi. Həqiqətən də biz xoşbəxt gənclərik ki, uşaqlığımız ulu öndər, gəncliyimiz isə Müzəffər Ali Baş Komandan İlham Əliyevin hakimiyyət illərinə təsadüf etdi. Biz bu illərdə uğurla davam etdirilən siyasi məktəbin ən layiqli şagirdləri kimi ölkəmizdə aparılan abadlıq-quruculuq işlərində, dövlətimizin müstəqilliyinin daha da möhkənləndirilməsində, ərazi bütövlüyümüzün təmin olunmasında yaxından iştirak etdik. Heç şübhə yoxdur ki, bu proses bundan sonra dəyişməz olaraq qalacaq”, – deyə E.Məmmədov xüsusi vurğulayıb.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki