Yaponiyanın baş naziri Fumio Kişida hökumətin iclası zamanı bildirib ki, “Fukusima-1” AES-dən radioaktiv hissəciklərdən təmizlənmiş suyun axıdılması avqustun 24-dən başlayacaq.
Bu barədə TASS məlumat yayıb.
Kişida xatırladıb ki, axıdılmadan əvvəl bütün müvafiq nazirlik və idarələr AES-dən suyun təhlükəsiz axıdılmasına hazır olduqlarını təsdiqləyiblər.
“Hava və dəniz şəraiti baxımından heç bir müdaxilə olmadığı təqdirdə, avqustun 24-də suyun axıdılmasına başlamaq qərarı verilib”, – Kişida izah edib.
Mənbə: TASS