Yaponiya sahillərində zəlzələ baş verib. ABŞ Geoloji Xidməti zəlzələnin 5,4 bal gücündə olduğunu bildirib.
Onun TASS-a istinadən verdiyi məlumata görə, zəlzələnin episentri 12 min nəfər əhalisi olan Hokkaydo adasındakı Urakava qəsəbəsindən 34 km cənub-qərbdə yerləşib. Mənbə 59 km dərinlikdə yerləşirdi.
Bundan əvvəl Yunanıstanın Krit adasının sahillərində 6,1 bal gücündə zəlzələnin qeydə alındığı bildirilib.
DOĞRU.AZ