Yaponiyada doğum nisbəti 2024-cü ildə təxminən 720,000 ilə tarixi minimuma enib, bu, 1899-cu ildən bəri ən aşağı səviyyədir.
Bu barədə “Mainichi Shimbun” qəzeti Yaponiya Səhiyyə, Əmək və Rifah Nazirliyinin ötən ilin dekabr ayı üçün məlumatlarına istinadən məlumat yayıb.
İlkin məlumata görə, 2024-cü ilin yanvar-dekabr ayları ərzində Yaponiyada əcnəbilər də daxil olmaqla 720 minə yaxın insan doğulub.
Yalnız yaponlarla məhdudlaşsaq, onların sayı 690 min nəfərə enər.
Qeyd olunur ki, bu sürətlə Yaponiyada 2038-ci ilə qədər doğum səviyyəsi 700 min nəfərdən aşağı olacaq ki, bu da alimlərin proqnozlarından 14 il üstündür.
DOĞRU.AZ