image-ads_n1karobka_mobile
image-ap812180870838-pic_32ratio_900x600-900x600-98694backend

Yaponiyada metr hündürlüyündə sunami gözlənilir

Yaponiya Milli Meteorologiya İdarəsi Yaponiyanın Sakit Okeandakı ucqar İzu adalarının sahillərinə yaxınlaşan təxminən bir metr hündürlüyündə sunami dalğası barədə xəbərdarlıq edib.

Bu barədə RİA Novosti yazır.

Xəbərdarlıq Sakit Okeanda baş verən 6,6 bal gücündə zəlzələ ilə əlaqədar edilib.

Sunami dalğalarının yerli vaxtla təxminən 11:30-da (Moskva vaxtı ilə 5:30) İzu adaları qrupuna çatacağı gözlənilir.

Ümumi sayı 100 nəfərə yaxın olan yerli sakinlərdən sahilə yaxınlaşmamağa çağırılır, belə ki, kiçik bir dalğa belə insanı ayağından yerə sala bilər.

Mənbə: RİA Novosti


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki