image-n1karobka_ads
image-123
image-japan-pic_32ratio_900x600-900x600-24966backend

Yaponiyanın İşikava prefekturasında mayın 5-də baş verən zəlzələ 540 evin dağılmasına səbəb olub

image-ad_qayo_720x110px

Mayın 5-də Yaponiyanın İşikava prefekturasında baş verən 6,5 bal gücündə zəlzələ nəticəsində 540 evə ziyan dəyib, NHK xəbər verir.

Evlər Yaponiyanın mərkəzi hissəsində, Yapon dənizinin sahilində yerləşirdi.

Daha 250 ev isə qəzalı vəziyyətdədir. Yerli hakimiyyət orqanları dəymiş ziyanı qiymətləndirir. Bərpa işləri planlaşdırılır.

Kataklizm nəticəsində 1 nəfər ölüb, 34 nəfər yaralanıb. Yeraltı təkanların episentri Noto yarımadasında, ocaq isə təxminən 12 km dərinlikdə yerləşib.

Seysmoloqlar güclü afterşokların ola biləcəyi barədə xəbərdarlıq ediblər.

Mənbə: Gazeta.ru

Doğru.az

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki