image-n1karobka_ads
image-123
image-17074782842987518858_1200x630backend

YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir – FOTO

“YAŞAT” Fondunun “Onlar bizə əmanət” layihəsi davam edir. Ötən il sentyabrın 19-20-də keçirilən Qarabağda aparılan lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olan qəhrəmanımız Elvin Qeybəliyev Ağalar oğlunun Bakı şəhərində doğulan övladı Məhəmmədəlinin zəruri xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Doğru.az-a verilən məlumata görə, bu məqsədlə 1000 AZN vəsait ananın hesabına köçürüləcək. Dünyaya yeni göz açan körpənin adına isə depozit hesabı açılacaq və 5 min AZN vəsait onun hesabına yerləşdiriləcək. Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür.

Şəhidin övladı bu vəsaiti üzərinə mütəmadi toplanan faizləri ilə birlikdə 18 yaşına çatdıqdan sonra hesabından çıxara biləcək.

“Onlar bizə əmanət” layihəsi indiyədək 117 şəhid övladını əhatə edib.

“YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.

Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau

Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.

DOĞRU.AZ

image-1707478284596209183_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki