Yeni Azərbaycan Partiyasını Göyçay rayon təşkilatı 2 fevral-Gənclər Günü münasibətilə tədbir keçirib FOTObackend

Yeni Azərbaycan Partiyasını Göyçay rayon təşkilatı 2 fevral-Gənclər Günü münasibətilə tədbir keçirib FOTO

Doğru.az xəbər verir ki, Yeni Azərbaycan Partiyasının Göyçay rayon təşkilatının Qadınlar Şurası 2 fevral-Gənclər Günü münasibətilə videokonfrans keçirib.

Tədbirdə YAP Göyçay rayon təşkilatı Qadınlar Şurasının sədri Zivər Zeynalova əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən dövlət gənclər siyasəti haqqında ətraflı danışaraq, ölkəmizdə gənclər üçün hər cür şəraitin yaradıldığını , respublikamızda gənclərin hərtərəfli inkişafı üçün geniş imkanların yaradıldığını diqqətə çatdırıb.

2 fevral-Gənclər Günü münasibətilə tədbirdə çıxış edən rayonun fəal gəncləri Coşqun İsmayılov, Səkinə Mürsəlova, Həmidə Məcidli, Almaz Mustafayeva və başqaları Azərbaycan Prezidenti İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan bəhs ediblər. Gənclər Prezident İlham Əliyev ətrafında sıx birləşdiklərini, ölkədə həyata keçirilən daxili və xarici siyasəti birmənalı şəkildə dəstəklədiklərini diqqətə çatdırıblar.

Səbuhi Eltonlu.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki