image-2000x150px
image-123
image-ads_atlas
image-img-20220516-wa0016backend

“Yeni era” Dünya Rəssamlıq Akademiyasının Bakı filialında yeni həqiqi üzvlərin təqdimatı keçirilmışdır – FOTO

image-728x90px

2008-ci ildə UNESCO yanında təsis edilən “Yeni era” Dünya Rəssamlıq Akademiyasının baş iqamətgahı Xorvatiyanın Split şəhərində yerləşir. Hazırda 30 üzv-ölkələri olan Akademiyanın fəaliyyət illəri ərzində Çin (Xarbin), Rusiya (Çeboksarı), Azərbycanda (Bakı) filialları açılmışdır. Akademiya fərqli ölkələrin görkəmli incəsənət nümayindələrini ümumi məqsədlərlə birləşdirərək, mədəniyyətlərarası mübadiləni gücləndirir, korporativ layihələr, beynəlxalq səgilərin təşkili, auksion evləri ilə əməkdaşlıq, gənc rəssamlara dəstək, mədəni irsin və bədii ənənələrin qorunması, elmi tədqiqatlar təcrübəsini gərcəkləşdirir.

Avropa və Asiya bədii ənənələrinin inteqrasiyasına yönələn seçim meyarları üzvliyə namizədlərin fəaliyyətinin təhlili, regional komissiyasının hesabatı və Akademiyanın Prezidiumu tərəfindən bilavasitə tanışlığdan sonra baş tutur.

Hazırda Akademiyanın üzvlərinin sayı 60-dır. Sakit Məmmədov, Arif Əziz, Səmədağa Cəfərov, Xanlar Əhmədov, Eldar Qurbanov, Orxan Cəbrayıloğlu, Ülviyyə Həmzəyeva, Nağdəli Xəlilov, Marqarita Sokolova, Sevil Kərimova, Ənvər Qarayev Azərbaycan tərəfindən seçilən nümayindələrmizdir. Bakı filialının 2014-cu ildə “11” adlı kollektiv sərgisi Müasir İncəsənət Muzeyində, 2019-cu ildə “Bahar ilmələri” xalça və qobelen sərgisi, Muzey mərkəzində 100 rəssamın “Maestro and Masters” kollektiv sərgisi keçirilmışdir.

14 may 2022-ci il tarixində Akademiyanın Bakı nümayindəliyində, Arif Aziz Art House sənət evində yeni həqiqi üzvlərin təqdimat keçirilmişdir. Mərasimdə Akademiyanın üzvləri, ölkəmizin görkəmli elm və incəsənət xadimləri, AzMİU, ADMİU-nun müəllim-tələbə heyəti, İtaliya səfirliyinin əməkdaşları iştrak etmişdirlər. Akademiya tərəfindən bu il seçilən üzvlər Xalq rəssamı, professor, heykəltaraş Natiq Əliyev və Azərbaycan Memarlıq və İnşaat Universitetinin baş müəllimi, Azərbaycan-İtaliya Dizayn Mərkəzinin direktoru, memarlıq üzrə fəlsəfə doktoru Fərid Kərimov olmuşdur. Təqdimatda Yeni era Dünya Rəssamlıq Akademiyasının Prezidenti Anatoliy Silov, Bakı nümayindəliyinin müdiri, Xalq rəssamı Arif Əziz, Xalq Rəssamı Xanlar Əhmədov, Xalq Rəssamı, professor Sakit Məmmədov, AzMiu-nun Memarlıq fakultəsinin dekanı, professor Zahidə Məmmədova, “Simurq” Assosiasiyasının prezidenti, professor Fuad Məmmədov çıxış edərək,  yeni üzvləri təbrik ediblər.

image-img-20220516-wa0016 image-img-20220516-wa0012 image-img-20220516-wa0015 image-img-20220516-wa0014 image-img-20220516-wa0011

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki