image-2000x150px
image-123
image-ads_atlas
image-interpress_8417a8ad359420eb0c301f897f148cc1_pykx76lhoang49wiqf12-571x336backend

Yeniyetmə başından güllələndi

image-728x90px

Abşeron rayonunda ov tüfəngindən açılan atəş nəticəsində bir nəfər ağır xəsarət alıb.

Doğru.az xəbər verir ki, hadisə Məhəmmədi kəndində qeydə alınıb.

2005-ci il təvəllüdlü Nicat Nəbiyev qonşuluqda olan əkin üçün nəzərdə tutulmuş əraziyə keçib. Bu zaman qonşusu ona ehtiyatsızlıqdan ov tüfəngindən atəş açıb. Başından ağır xəsarət alan N.Nəbiyev xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirir.

Qeyd edək ki, hadisənin qəsdən törədilmədiyi bildirilir.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət işi başlanılıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki