“Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin dul arvadı rəsmi olaraq soyadını dəyişib.
SPARK sistemi göstərir ki, indi onun adı Lyubov Valentinovna Kryazhevadır.
Qeyd olunur ki, adın dəyişdirilməsi ilə bağlı məlumat SPARK-a sentyabrın 15-də daxil olub. Nəşrin məlumatına görə, söhbət iş adamının dul arvadının qızlıq soyadından gedir.
Avqustun 23-ü axşam saatlarında Tver vilayətinin Kujenkino kəndi yaxınlığında şəxsi “Embraer Legacy” təyyarəsi qəzaya uğrayıb. O, Moskvadan Sankt-Peterburqa uçurdu. Federal Hava Nəqliyyatı Agentliyi qəzaya uğrayan təyyarənin sərnişinləri arasında biznesmen Yevgeni Priqojin və Dmitri Utkinin də olduğunu bildirib.
Mənbə: Lenta.ru