image-2000x150px
image-123
image-ads_atlas
image-interpress_13a7eafb573746a6f059929e55e132f2_e7fx2yui3vo8tska5qh6-640x336backend

Yol Polisindən növbəti vətəndaş şikayəti: Əvvəl 10 manat, sonra 130 manat rüşvət… – FOTO

image-728x90px

Dövlət Yol Polisi İdarəsində “adi norma”ya çevrilən rüşvət halları ilə bağlı sosial şəbəkələrdə növbəti vətəndaş şikayəti yer alıb.

Azsiyaset.com xəbər verir ki, Rüfət Mədətli adlı vətəndaş özünün “Facebook” profilində yazır:

“Bu gün Avtomobil qeydiyyatı üçün Respublika Yol Polisinin Xırdalandakı Qeydiyyat məntəqəsinə getdim. Tanış adamın avtomobilini alqı-satqı əməliyyatı edirdik. Hər addım başı pul istəyirlər. İlkin olaraq ərizə çapı üçün 10 manat istədi, vermədik, ərizəni əllə özümüz doldurduq, sonra hansısa inspektor heçnədən 10 manat istədi onu da vermədik. Ən son Nəsimi otağına alan və satan girdi. Mən girə bilmədim. Girsəydim haqqımı sonuna kimi tələb edərdim. Qanunla maşının 50-60 manat olacaq rüsumuna görə güya nəsə texniki səhv taparaq 130 manat pul aldılar. Bu rüşvətxorluğa kim son qoyacaq? Niyə biz bu rüşvətə görə əziyyət çəkməliyik. Aidiyyatı qurumlara səslənirəm, bu idarəyə əməlli başlı yoxlama lazımdı, çox qanunsuz hərəkətlər edirlər, göz görə görə rüşvət alırlar. Bu məsələni maksimum icitmailəşdirək bu biyabırçılığa son qoyulsun. Bu məsələnin başını buraxmayacam, sonuna qədər gedəcəm”.

Azsiyaset.com

P.S. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. 

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki